İsrail hakimiyyəti əvvəllər həbsdə olan 114 fələstinlini, o cümlədən 4 qadını azad edib.
Publika.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bildirilir ki, bütün bu fələstinlilər İsrailin Qəzza zolağı ilə sərhədində yerləşən Kerem Şalom keçid məntəqəsindən buraxılıblar.
Telekanal bu şəxslərin Fələstin anklavında mövcud münaqişə tərəfləri arasında hər hansı ilkin razılaşmalar çərçivəsində azad edilib-edilmədiyini dəqiqləşdirmir.