"10 fevral həyatıma qızıl hərflərlə yazılan möcüzə. Dilimdən düşməyən dualarımın, tükənməyən arzularımın, heç vaxt bitməyən ümidlərimin hədiyyəsi. Bir qadının ala biləcəyi ən ali statusu aldığım gün".
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə qızı Diləklə bağlı paylaşımında yazıb.
O, övladının 12 yaşı tamam olduğunu vurğulayaraq, ürək sözlərini yazıb:
"Möcüzə qızım, həyatıma xoş gəldin. Ana oldum, həyatımı dəyişdin. Həyat eşqim, cismimdəki ruhum, dilimdəki duam, dünya içində dünyam, səni mənə verən Allahıma şükürlər olsun. Həyatımın ən böyük mükafatı, dəyəri biçilməz sərvəti, dərd ortağım, həm dostumsan, həm sirdaşım, mübarəkdir yeni yaşın. Sağlam və xoşbəxt böyü".