21.05.24 | Bakı 21.03° C |
20:05:07
Lent :

Gürcüstanın əsas müxalifət partiyasının LİDERİ SAXLANILDI

03:00 01.05.2024
GÜNDƏM
ads

Müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqdə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın “Formula” televiziya kanalı məlumat yayıb.

“Milli Hərəkatın sədri Levan Xabeişvili Tbilisidə keçirilən mitinqdə saxlanılıb”, - deyə "Formula" TV öz saytında siyasətçinin görünən xəsarətlərlə şəklini dərc edib.

Məlumata görə, Xabeişvilinin üzündə qan izləri var və bir gözü nəzərəçarpacaq dərəcədə şişmiş görünür ki, bu da həbs zamanı güc tətbiqinin mümkünlüyünü göstərir.

Həbsdən sonra Levan Xabeişvili tibb müəssisəsinə aparılıb. Gürcüstan paytaxtında etirazlar davam edərkən, hüquq-mühafizə orqanlarının xüsusi vasitələrdən istifadə etməsi səbəbindən vəziyyət gərginləşir. Ölkə prezidenti Salome Zurabişvili polisin zorakı hərəkətlərinə son qoymağa çağırıb və etirazın dinc xarakter daşıdığını vurğulayıb.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az