04.05.24 | Bakı 14.03° C |
01:05:14
Lent :

Fransa parlamentində "Cənubi Qafqazda nə işimiz var" sualı: Ruslar vurur, büdcə çökür

16:00 23.04.2024
GÜNDƏM
ads

Beynəlxalq xəbər saytı “Intelligence Online”ın kəşfiyyat mənbələrindən əldə etdiyi məlumata görə, Fransa çətin vəziyyətdədir. İyulda keçiriləcək Paris Olimpiadası zamanı ölkədə böyük etiraz dalğalarının olacağı gözlənilir.

Publika.az xəbər verir ki, Fransa 2024-cü il fevralın 16-da Makron və Ukrayna prezidenti Vladimir Zelenski arasında Parisdə imzalanan qarşılıqlı təhlükəsizlik və əməkdaşlıq sazişi çərçivəsində çox məxfi dəstək proqramı ilə Ukraynaya hərbi texnologiyalar göndərməyə başlayıb.

Gizli yardım sazişi çərçivəsində Kiyevə göndərilən hərbi dəstək birbaşa deyil, NATO üzvü Polşa vasitəsilə həyata keçirilib. Rusiya xarici kəşfiyyat agentliyinin ölkədəki üzvləri daşınmanın məzmununu və marşrutunu öyrənib. Fransanın bir partiyada göndərdiyi dördüncü və beşinci yüklər Moskva tərəfindən yolda məhv edilib.

Hərbi mənbələr Fransa ilə Polşa arasında münasibətlərin də korlandığını qeyd edir. Fransa həm də ölkə daxilində büdcə böhranı ilə mübarizə aparır.

“Reuters” xəbər agentliyinin təhlilinə görə, iyulda Parisdə keçiriləcək Olimpiya oyunları zamanı ölkədə böyük etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. Bildirilir ki, Fransa parlamentində Makrona qarşı çıxanlar “Biz niyə belə bir vaxtda Cənubi Qafqaz və ya Ukraynadakı münaqişələrə müdaxilə etməyə çalışırıq?” kimi tənqidlər səsləndirməyə başlayıblar.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az