17.05.24 | Bakı 14.03° C |
09:05:20
Lent :

FED prezidentindən faiz dərəcələri ilə bağlı kritik açıqlama

12:00 02.05.2024
GÜNDƏM
ads

ABŞ Federal Ehtiyat Sisteminin sədri Jerome Pavell faiz dərəcələrini endirməyə başlayacaqlarını deyib.

Publika.az xəbər verir ki, ABŞ mərkəzi bankı FED-in siyasət faizini gözləntilər daxilində dəyişməyərək son 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz saxlamasından sonra (Fed) sədr Jerome Pavell mətbuat konfransı keçirib.

Pavell bildirib ki, keçən il inflyasiya əhəmiyyətli dərəcədə azalsa da, əmək bazarı güclü olaraq qalır, lakin inflyasiya riski hələ də yüksəkdir:

“İnflyasiyanın azaldılmasında əlavə irəliləyişlərin əldə ediləcəyinə dair heç bir zəmanət yoxdur və onun gələcək kursu qeyri-müəyyəndir. İnflyasiyanı 2 faiz hədəfinə endirməkdə qərarlıyıq. Pul siyasətindəki məhdudlaşdırıcı mövqe iqtisadi fəaliyyətlə əlaqəlidir. Daha əvvəl də qeyd etdiyim kimi, inflyasiya məlumatları gözləntilərin üzərinə çıxdı. Çox güman ki, bu proses gözləniləndən daha uzun sürəcək”.

Pavell qarşıdan gələn seçkilərin faiz qərarlarına təsir etməyəcəyini vurğulayıb:

“Bir sonrakı siyasət hərəkətində faiz artımı olmayacaq. İnflyasiya daha davamlı olarsa, əmək bazarının güclü qalacağı təqdirdə faiz endirimləri təxirə salına bilər”.

Bu il ABŞ-da keçiriləcək prezident seçkilərindən asılı olmayaraq FED-in müstəqil qərarlar verməyə davam etdiyini vurğulayan Pavell, əks halda mənfi nəticələrin yarana biləcəyini diqqətə çatdırıb.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az