21.05.24 | Bakı 21.03° C |
18:05:45
Lent :

"Dünya rəhbərləri daha da mərhəmətli olmalıdır"

13:00 01.05.2024
GÜNDƏM
ads

Dünyada insanların bir-birinə etimadı azalır. Müxtəlif cəmiyyətlərdə parçalanmaları müşahidə edirik. Biz tələbatları prioritetləşdirməliyik. Digərlərinin hislərini anlamalıyıq. İrəliyə doğru aparan yol bir-birimizi anlamağımızdan keçir.

Publika.az xəbər verir ki, bu sözləri UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, dünya rəhbərləri daha da mərhəmətli olmalıdır. "Biz bütün dünyada mərhəmətli liderlərdən ibarət bir nəsil yaratmağa çalışmalıyıq".

Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az