17.05.24 | Bakı 13.03° C |
14:05:28
Lent :

Cəhənnəmin qapıları açıldı: Dünyanın sonu gəlir?

18:00 02.05.2024
GÜNDƏM
ads

Dünya tarixində ən yüksək temperatur göstəricilərinin qeydə alındığı Avropa və Asiyaya fəlakətlər dövrü daxil olub.

Publika.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı və Kopernik İqlim Dəyişikliyi Xidməti “2023 Avropa və 2023 Asiya İqlim Hesabatı”nı dərc edib. Avropada indiyə qədər qeydə alınan ən isti ilin 2023-cü il olduğu müəyyən edilib.

Elmi hesabatda hava və iqlim səbəbindən iqtisadi itkilərin 13,4 milyard avrodan çox olduğu, istidən ölüm hallarının isə 30 faiz artdığı vurğulanır. Həmçinin temperatur dəyərləri qlobal orta göstəricidən təxminən 2 dəfə artıb.

Hesabatda 2022-2023-cü illər arasında Alp dağlarında buzlaqların əriməsinə də diqqət çəkilib: "2023-cü ildə Avropa çay şəbəkəsinin üçdə birində çay axını yüksək, 16 faizi isə şiddətli daşqın həddini keçib. Alp dağlarında qışda qarın orta səviyyədən aşağı yığılması və istilər nəticəsində kəskin hava şəraiti müşahidə olunur. 2022-2023 -cü illər arasında Alp dağlarında buzlaqlar həcminin təxminən 10 faizini itirib".

Həmçinin bildirilib ki, Asiyanın yüksək dağlı regionunda müşahidə edilən 22 buzlaqdan 20-də kütləvi itkilər davam edib. Şərqi Himalayda və Tyan-Şanın əksər hissəsində rekord səviyyədə yüksək temperatur və quru şərait hökm sürüb.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az