21.05.24 | Bakı 23.03° C |
12:05:25
Lent :

Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı

17:00 30.04.2024
GÜNDƏM
ads

Avropa İttifaqının Sülh Fondu vasitəsilə Ermənistana maliyyə ayırması haqda qərar verilsə də, bu qərarın praktiki icrası bloklanıb.

Publika.az
xəbər verir ki, buna səbəb Aİ üzvü Macarıstanın Sülh Fondundan Ermənistana dəstək verilməsi layihəsinə veto qoymasıdır.

“Azadlıq radiosu”nun diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Macarıstanın şərti var: Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilməlidir.

Qeyd edək ki, Aİ Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq əldə edilib. Bu maliyyə bir batalyon üçün modul tipli səhra düşərgəsinin yaradılmasına sərf olunacaq. Məlumata görə, yardım sənədi artıq bir neçə həftədir Macarıstan tərəfindən bloklanıb.

Asif


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    23.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az