19.07.24 | Bakı 27.03° C |
01:07:03
Lent :

Britaniyanın yeni müdafiə naziri Ukraynaya getdi

01:00 08.07.2024
GÜNDƏM
ads

Britaniyanın yeni müdafiə naziri Con Hili Ukraynaya səfər edib.

Publika.az xəbər verir ki, Con Hili Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. O, həmçinin ukraynalı həmkarı Rüstəm Umerov ilə mətbuat konfransı keçirib. Con Hili Böyük Britaniyanın Ukraynaya yeni bir yardım paketi təqdim edəcəyini elan edib. O, qeyd edib ki, bu paketə daha çox artilleriya silahı, 250 min sursat və təxminən 100-ə yaxın dəqiq “Brimstone” raketi daxildir.

Müdafiə naziri həmçinin aprel ayında Ukraynaya vəd verilən hərbi dəstəyin qarşıdakı 100 gün ərzində yerinə yetiriləcəyini söz verib. O, Britaniya hökumətinin Ukraynaya hərbi yardımı davam etdirmək öhdəliyinə sadiq olduğunu deyib.

“Bu, mənim bu işdə ikinci günümdür. Yeni baş nazirimiz Kir Starmerin prezidentinizə verdiyi öhdəliyi vurğulamaq mənim üçün birinci prioritet idi”,- deyə müdafiə naziri qeyd edib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az