23.04.24 | Bakı 20.03° C |
19:04:53
Lent :

BDU-nun jurnalistika fakültəsinin tələbələrindən Zəfər trendi

14:41 06.11.2022
GÜNDƏM
ads

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri Vətən müharibəsinin iki illiyi münasibətilə sosial şəbəkələrdə 3 günlük Zəfər trendi formalaşdıracaq. Marafonun məqsədi “Gəncliyin Zəfər sədası” adlı vahid şəbəkə yaratmaq, onun vasitəsilə şəhid və qazilərin əzmi nəticəsində əldə olunan 44 günlük müharibəni həm respublika daxilində, həm də dünya miqyasında geniş təbliğ etmək və unutdurmamaqdır.

Qutb.az xəbər verir ki layihəyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor və müəllim heyəti rəhbərlik edir. Marafon üzvləri sosial şəbəkə ( Tvitter, İnstaqram, Feysbuk ) üzərindən konkret həşteqlərlə müxtəlif ölkələrin gündəminə düşüb, dünyaya Azərbaycanın qələbə səsini çatdırmağa çalışacaq.

Noyabrın 6, 7, 8-i tarixlərində platformanın üzvləri həmrəylik sərgiləyərək sosial şəbəkələrdə aşağıdakı həşteqlərlə paylaşımlar edəcək:

1. #Zəfərinamdanbaşlayır

2. #Zəfərfədakarlıqlaqazanılır

3. #Zəfərqorumaqlayaşadılır

Platformanın üzvləri bütün gəncləri sosial şəbəkələrdə fəallıq göstərməyə çağırır.

Gənclərin təşəbbüsü ilə təşkil edilən 3 günlük onlayn marafonun böyük maraq doğuracağı düşünülür.

Sosial şəbəkələrin ingilis dili istifadəçiləri üçün aşağıdakı həşteqlərin əlavə edilməsi tövsiyə olunur: 

#victoriousAzerbaijan

#Victoryday

#Trustinvictory

#Sacrifaceforvictory

#KarabakhisAzerbaijan

#8novemberisvictoryday

#VictorydayofAzerbaijan

#ShushaisAzerbaijan

#Azerbaijanitruths


TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
13:02 | 08.11.2022
@Sadıq
Uğurlar
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az