17.05.24 | Bakı 13.03° C |
06:05:05
Lent :

Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ

12:00 02.05.2024
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, dünən Bakıda iki yük maşını alışaraq yanıb.

Publika.az xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan görüntüdən məlum olur ki, yanan TIR-ların birində yatan sürücü son anda xilas olub.

Belə ki, kənardan TIR-ın alışdığını görən digər sürücü yanan yük maşınında yatan sürücünü oyadıb.

Bundan sonra onlar hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, yanğın hadisəsinin "İpək Yolu" Gömrük Terminalı ərazisində baş verdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb:

"Yaxınlıqda dayanan “Scania” markalı yük avtomobilinin 6 ədəd təkəri və banına yığılan karton taralar qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb".


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az