Azərbaycanda yumurta yenidən bahalaşıb.
Publika.az xəbər verir ki, bir neçə gün bundan öncə 10-11 qəpiyə satılan kənd yumurtası bu gün 14 qəpiyə təklif edilir.
Sakinlər bunun səbəbini mövsümlə əlaqələndirirlər:
"Bu ayın sonuna qədər kənd yumurtasının qiyməti artmaqda davam edəcək. Amma iyul ayından sonra yenidən yumurtanın qiymətində azalma müşahidə olunacaq".