25.04.24 | Bakı 23.03° C |
12:04:44
Lent :

Azərbaycanda icarəyə götürülən helikopterin qiyməti eşidənləri heyrətə gətirdi

16:38 17.11.2022
GÜNDƏM
ads

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Airbus Helicopters EC-135P2” markalı helikopter ilkin start qiymətinə - 1 milyon manata özəlləşdirilib.

Məlumata görə, buraxılış tarixi 2009-cu il olan helikopterin uçuş müddəti 90 saatdır.

Bundan başqa, hərracda “Yevlax Tikinti Servis” SC-nin 30,12%-lik səhm paketi və 29 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. İlkin satış qiyməti 7 600 manat olan “BMW 523İ” markalı avtomobilə son təklif 14 200 manat, ilkin satış qiyməti 15 000 manat olan “Toyota HILUX MİNİK” markalı avtomobilə isə son təklif 24 350 manat olub.

Özəlləşdirilən dövlət əmlaklarından dövlət büdcəsinə 1,2 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3EbTPSD)

Növbəti hərraclar 22, 29 və 30 noyabr tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 26 kiçik dövlət müəssisə və obyekti, 61 nəqliyyat vasitəsi çıxarılacaq.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
16:42 | 17.11.2022
@Sadıq
gedək biz də alaq
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    23.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az