27.07.24 | Bakı 27.03° C |
11:07:38
Lent :

Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə - ŞƏRH


20:08 09.04.2024
GÜNDƏM
ads

9 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.


Geniştərkibli görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə regionda mövcud vəziyyət müzakirə edilib.


Görüşün Azərbaycan və iki ölkə arasındakı münasibətlərə nə kimi təsirləri ola bilər?


Bu barədə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü açıqlama verib. O, bu görüşü Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin inkişafı baxımından atdığı növbəti bir addım kimi qiymətləndirir:



"Azərbaycan ümumiyyətlə Türkiyə ilə birgə istər Qırğızıstan, istərsə də digər türk dövlətləri ilə  münasibətlərin daha da sıxlaşdırılması üçün lazım olan bütün addımları atır. Bu da həmin fəaliyyətlərdən növbətidir. Bu çalışmaları 2 dövlət arasında əlaqələrin yeni bir mərhələ kimi saya bilərik. Bu günə qədər qurulan çalışmaların inkişafa səbəb olacağını deyə bilərik. COP29-la bağlı çalışmalarda da digər türk dövlətləri ilə birlikdə Qırğızıstanın da bütövlükdə digər bu istiqamətdə təcrübəsi olan ölkələrin Azərbaycan üçün dəstəyi önəmlidir. Azərbaycan Türkiyə başda olmaqla, digər türk ölkələri ilə münasibətlərinin, əlaqələrin genişlənməsi, Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi dünyada növbəti bir güc mərkəzinin ortaya çıxması gözlənilən və arzuediləndir".

TEGLƏR
Müəllif : Aynur Babayeva
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az