07.12.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək

07 dek 2025 14:00
GÜNDƏM
ads
Advertisement

Bakıda Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək.

 

Qutb.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

 

Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.

 

Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur