02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

"Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam etməkdə israrlıdır”

09 fev 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Ukraynanın ali hərbi rəhbərliyində dəyişikliklər ölkənin daxili işidir və Avropa İttifaqının Kiyevə dəstəyinə təsir göstərməyəcək.

Publika.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Nəbilə Massralı Brüsseldə keçirdiyi brifinqdə bildirib.

“Bu, Ukraynanın daxili işidir. İstənilən belə dəyişikliklər ölkənin ali siyasi rəhbərliyinin səlahiyyətinə aiddir. Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam etməkdə israrlıdır”, - o deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də Silahlı Qüvvələrin Baş Komandanı general-polkovnik Valeri Zalujnını vəzifəsindən azad edib. Dövlət başçısı bu vəzifəyə Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırskini gətirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur