29.04.24 | Bakı 17.03° C |
00:04:48
Lent :

Avetisyanın evində axtarış aparıldı: Qarabağda hərbi cinayətlər törədib

12:00 29.03.2024
GÜNDƏM
ads

Ermənistanda polkovnik Volodya Avetisyanın evində axtarış aparılıb.

Publika.az xəbər verir ki, bu barədə Avetisyan “Facebook”da canlı yayımda bildirib. O bildirib ki, silah və sursat aşkar etmək üçün səhər tezdən onun evində axtarış aparılıb.

“Heç nə tapmadılar, telefonları götürdülər, kompüteri, dronları, kameraları müsadirə etdilər, onları da apardılar, təbii ki, qaytaracaqlarına söz verdilər”, - polkovnik bildirib.

O, Paşinyana müraciət etmək istədiyini bildirib. “Mən həbsdə olanda Paşinyan Milli Məclisin deputatı kimi yanıma gəldi, sonra Milli Məclisdə çıxış edərək dedi ki, Serj və Ohanyan Volodya Avetisyanı təqib edir. Mən birbaşa deyirəm ki, indi Paşinyan türkə, azərbaycanlıya bir qarış torpağı da verməmək, öz vətənlərini qorumaq istəyən bütün vətənpərvərləri təqib edir”, - Avetisyan bildirib.

Qeyd edək ki, Avetisyan Qarabağda hərbi cinayətlər törədib.

O, Ermənistanın "Leonid Azqaldyan adına könüllü dəstəsi"nə rəhbərlik edib.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az