20.04.24 | Bakı 20.03° C |
11:04:33
Lent :

"ARB 24 NewsLab" təlim proqramı başlayıb

16:48 04.04.2023
GÜNDƏM
ads

Bakı Dövlət Universiteti və ARB 24 telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramı başlayıb.

Qutb.az xəbər verir ki, praktik təlimlərə cəlb edilən 10 tələbə ilə görüş keçirilib. Görüşdə telekanalın  direktoru Radik İsmayılov, Departament rəhbərləri Elnur Şibliyev, Çinarə Nurmməmmədova, xidmət rəhbəri Orxan Quliyev, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, həmçinin kafedra müdirləri professor Cahangir Məmmədli, Aynur Nəsirova, Xatirə Hüseynova  iştirak ediblər.

Qeyd edək ki, tələbələr 3 ay  ərzində keçiriləcək "ARB 24 NewsLab" təlim proqramında   xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrinə yiyələnəcəklər. Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək. Onların bir qismi "ARB 24"də işlə təmin olunacaq.

Bu, Bakı Dövlət Universiteti və ARB 24 telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşan ikinci təlim proqramıdır. Birinci təlim proqramını uğurla başa vuran 5 namizəd 2022-ci il oktyabrından rəsmi şəkildə işə götürülüb.  hazırda onlar ARB 24-də fəaliyyətlərini davam etdirirlər.




TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az