19.07.24 | Bakı 27.03° C |
01:07:17
Lent :

Alqı-satqı platformalarındakı dələduzluq halları ilə bağlı XƏBƏRDARLIQ

02:00 22.06.2024
GÜNDƏM
ads

Kiberdələduzlar tərəfindən “Lalafo.az” və “Tap.az” platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam edir.

Publika.az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan platformalarda elan yerləşdirən vətəndaşlara müxtəlif nömrələrdən mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir.

Lakin məhsulun ödənişinin əldə olunması üçün vətəndaşa saxta “Azərpoçt” keçidi təqdim olunur. Qeyd olunan keçiddə vətəndaşın bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını tanımadıqları şəxslərə ötürməməyi tövsiyə edir”, - deyə qurumun məlumatında bildirilib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az