17.05.24 | Bakı 13.03° C |
12:05:43
Lent :

“Alatava” ilə bağlı qərar verildi

13:00 02.05.2024
GÜNDƏM
ads

Son günlərin ən çox müzakirə edilən layihəsi “Alatava” ilə bağlı qərar verilib.

Serialın sosial platformalarda yayılan versiyası bir müddət öncə birmənalı qarşılanmayıb. Rasim Balayev, Əli Nur kimi aktyorlar tərəfindən tənqid atəşinə tutulub.

Onların çıxışları isə özü ilə birgə yeni bir qalmaqalın təməlini qoyub. Serialın əsas simaları Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Rumiyyə Ağayeva isə qarşı tərəfə kəskin cavablar veriblər.

Ötən günlərdə İTV Yayım Şurası toplantı keçirib.

Publika.az Olay.az-a istinadla xəbər verir ki, iclasdan sonra “Alatava”nın Yutub platformasında iki versiyada yayımına qərar verilib.

Serialın yayımlanan sonuncu 4-cü bölümünə həm orijinal, həm də efir versiyasında baxa bilərsiniz. Bunun üçün platformanın sazlamalar hissəsindən iki versiyadan birini seçmək kifayətdir.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az