18.04.24 | Bakı 16.03° C |
22:04:36
Lent :

Tələbələrin qorxulu yuxusu

18:37 22.01.2023
ELM VƏ TƏHSİL
Özəl
ads

Günümüzdə havanın dəyişməsi, soyuqların düşməsi insanlarda xəstəliyə gətirib çıxarır. Xəstəliyə yoluxma halları  isə əsasən gənclər arasında rast gəlinir. Universitetlərdə, məktəblərdə xəstəliyə yoluxanların sayı sürətlə artır. Xəstə olan tələbələr təhsildən və tədrisdən uzaq düşür. Bundan əlavə olaraq tələbələrə qayıb yazılır ki, limiti keçdikdə imtahana buraxılmamaq təhlükəsi yaşanır. Bu isə tələbələrin qorxulu yuxusudur.

Bəs tələbələrə verilən tibbi arayış universitetlər tərəfindən qəbul olunur mu?


Bu barədə Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Namazova , Nazirlər Kabinetinin qərarını əsas gətirərək tələbə arayışının heç bir xeyrinin olmadığını, qayıbların bağışlanmadığını qeyd edib.

Təhsil üzrə ekspert Kamran Əsədov isə Ali təhsil müəssisələrinin tibbi arayışları qəbul etməməsini yanlış olduğunu qeyd edib:"Heç bir halda ali təhsil müəssisələrinə tələbələrin gətirdikləri tibbi arayışların qəbul edilməməzliyi yol verilməzdir. Yəni tələbələrin, özlərinin bu və ya digər xəstəlikləri ilə bağlı  və yaxuddakı fiziki və ya özlərindən aslı olmayaraq halları ilə bağlı bunu təsdiq edən sənədi gətirirlərsə biz konvensiyanın tələbinə görə üzrlü hesab etməliyik, çox təəssüfki ali təhsil müəssisələr buna riayət eləmirlər."
Ekspert həmçinin bir çox universitetləri tələbələrə problem yaratmaq üçün və maddi maraqlarına görə tələbəni semestrdə iştirakını məhdudlaşdırdığını da vurğulayıb.

             


"Mövcud qanunvericiliyin tələblərinə görə Ali təhsil müəssisələrində tələbələrin dərsə davamiyyəti onların semestr imtahanına buraxılıb- buraxılmaması kimi ciddi məsələni həll edir. 2005-ci ildən etibarən ali təhsil sistemi boloniya prosesinə qoşulub, amma biz bunu çox cüzi bir hissəsini özümüzə götürmüşük və bir mənalı şəkildə özümüzünküləşdirmişik. Təbiiki, Ali təhsil müəssisələri  tələbələrin semestr imtahanında 70 və ya 75 faiz iştirakını tələb olaraq qoyur.Amma bəs, o zaman üzrlü səbəblərdən 25-30 faiz dərsdən qalan tələbənin müqəddaratı çox təəssüfki qanunvericilikdə açıq olaraq qalıb. Bir daha qeyd edirəmki, mövcud qaydalar deyir ki, tələbə 70 faiz iştirak etməlidir, amma birdən hər hansı fövqəladə hal nəticəsində-səhhətində problem  baş verə bilər. Bu qanunvericilikdə çox təəssüfki nəzərdə tutulmayıb və bu ali təhsil müəssisəsinin elmi şurası tərəfindən qəbul edilən insiyətiv qərar olaraq qəbul edilir.Bir məqamıda qeyd edim ki, Ali təhsil müəssisələri yəni universitetlərin daxili nizam intizam qaydalarının pozulmağına görə müəyyən qədər intizam tədbirləri nəzərdə tutulur. Misal üçün tələbə daxili nizam-intizam qaydalarını pozduğuna görə töhmət, sonxəbərdarlıqla şiddətli töhmət, universitetdən xaric etmə halları var. Ancaq burda tələbənin ali təhsil müəssisəsinə təhsil prosesinə iştirakın məcburiyyətdən, qarşısı alınmaz hadisə nəticəsində baş veribsə çox təəssüfki,bu bir çox hallarda ali təhsil müəssisələrində nəzərə alınmır ki, bu yanlışdır. Bilirsiz, Ali təhsil müəssisələrinin tədris zamanı materialı mənimsəməsi tələbənin insiyətiv qərarıdır. Tutalım, mənə 1 semestr tarix dərsi keçiblər, mən dərslərdə iştirak eləmirəm, amma sizin imtahanınızda iştirak edirəm. Əgər biz boloniya  prosesinə qoşulmuşuqsa, tələbənin tədris yükünü özünə verməliyik. Tələbə  tədris yükünü,imtahan versə o kreditini yerinə yetirmiş olur. Məsələn siz tələbəyə 4 kredit vermisiz, o , gedir 100 faiz dərslərdə iştirak edir,amma gedir imtahandan keçə bilmir. Digər bir tələbə isə, ümumiyyətlə dərslərdə iştirak etmir,amma gedir imtahandan keçir,yəni bu fərdi öyrənilmənin tədbiq eliyərək bunu həyata keçirir. Ona görə bir mənalı şəkildə qeyd edimki, ali təhsil müəssisələri tələbələrdən,xəstəlik kağızları,hər hansı bir arayışın qəbul edilməməsi doğru yanaşma tərzi deyil.Əgər biz bir mənalı olaraq bütün ali təhsil müəsisələri, konvensiyaya qoşulmuşuqsa, bolonya konvensiyasiyasına qoşulmuşuqsa, Haqqa konvensiyasına qoşulmuşuqsa ali təhsil müəssisələrinin kreditləri bərabərləşibsə,biz bir mənalı şəkildə bunu həyata keçirməliyik. Ona görədə bu yanaşma yanlışdır.Və mən bir mənalı şəkildə hesab edirəm ki, bu tələbələrin ali təhsil almaq hüquqlarını məhdudlaşdırmaqla baş verir. Bu günləri çox təəssüfki, bir sıra təhsil müəssisələri tələbələrə problem yaratmaqdan ötrü, bəzən maddi maraqlarına görə tələbələrin semestr iştirakını məhdudlaşdırırlar. Heç bir halda ali təhsil müəssisələrinə tələbələrin gətirdikləri tibbi arayışların qəbul edilməməzliyi yol verilməzdir. Yəni tələbələrin, özlərinin bu və ya digər xəstəlikləri ilə bağlı  və yaxuddakı fiziki və ya özlərindən aslı olmayaraq halları ilə bağlı bunu təsdiq edən sənədi gətirirlərsə biz konvensiyanın tələbinə görə üzrlü hesab etməliyik, çox təəssüfki ali təhsil müəssisələri buna riayyət eləmirlər."

Görəsən Nazirlər Kabinetinin açıqda saxladığı bu mövzu nə zaman öz həllini tapacaq?!

TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
08:04 | 19.10.2022
@Sadıq
Omg
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    112 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az