18.07.24 | Bakı 28.03° C |
23:07:56
Lent :

Qarabağ Universitetinin rektoru abituriyentlərə səsləndi: “Bu şansı qaçırmayın"

18:00 09.07.2024
ELM VƏ TƏHSİL
ads

Qarabağ Universitetinin rektoru Şahin Bayramov abituriyentlərə müraciət edib.

Publika.az xəbər verir ki, rektor jurnalistlərə açıqlamasında abituriyentlərə çağırış edib ki, ixtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar.

Ş.Bayramov bildirib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var:

“Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olur. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq”.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    28.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az