29.03.24 | Bakı 8.03° C |
11:03:11
Lent :

Ölkədə audiokitablara maraq varmı?-SORĞU

17:38 24.05.2023
ELM VƏ TƏHSİL
ads

Günümüzdə audiokitablar bir çox insan üçün alternativə çevrilib. Bu audio kitab formatları bizə səslər, bəzən də sevimli hekayələrimizi dinləmək imkanı yaradır. Həmçinin, bu kitablar oxumağa tənbəl olan, görmə qüsuru olan, yaxud yemək bişirən, maşın sürərən, idman edəndincəlmək istəyən insanlar üçün mükəmməl vasitəd­­ir.

 

Bəs, həmin kitablar günümüzdə hansı xüsusiyyətləri ilə seçilir? Ümumən insanların audiokitablara marağı hansı səviyyədədir?

 

Mövzu ilə bağlı əhali arasında sorğu keçirdik. Sorğuda 51 nəfər iştirak edib.

 

Sorğunun ilk sualı audiokitablara üstünlük verirsinizmi?



Burdan belə nəticəyə gəkirik ki, sorğu iştirakçılarının böyük bir qismi audiokitablara üstünlük verir. Daha sonra ölkəmizdə audiokitab tətbiqlərindən hansıları tanıyırsınız sualına fərqli fikirlər səsləndirildi.


“Spotify”, ”audiokitap”, ”edu kitap” kimi tətbiqlərin adını çəkənlər də oldu. Heç bir audiokitab tanımadığını qeyd edənlər də var. Sorğuda iştirak edənlərin 47.1% i kişi, 52.9% i qadındır.

 

Sorğu iştirakçılarının böyük bir qisminin 18-25 yaş aralığına daxil olduğunu görə bilirik.


Mövzu ilə bağlı danışan mütəxəsis, Audiokitab  layihəsinin audioredaktoru Rafiq Şahbazov müsahibə zamanı audiokitabların çoxsaylı üstünlüklərini sadalayıb:

 

“Audiokitabların üstünlüyü ondan ibarətdir ki, insanlar vaxtına qənaət edir. Adi kitablardan fərqli olaraq, burada göz yorulmur. İstədiyimiz məkanda dinləmək imkanına sahibik. Eyni zamanda gözdən əlillər üçün unikal vasitədir. Daha sonra kitaboterapia, audiokitabla terapia var. Xarici təcrübədə belə bir anlayış var ki, audiokitab filimlərdən belə üstündür. Audiokitabı dinləyən insan eşitdiklərini öz xəyal gücü vasitəsilə gözünün önündə canlandırır. Bu lahiyədən ən çox innovativ düşüncəli insanlar yararlanır. Onlardan daha çox reaksiyalar alırıq. Çox vaxt sərgilərdə təmsil olunuruq. Bundan başqa, beynəlxalq expo sərgisində də olmuşuq. Bu məkanlarda həmin insanların lahiyənin Azərbaycanda keçirilməsini maraqla qarşıladıqlarının şahidi oluruq. Kitab oxucuları ilə, dinləyiciləri arasında ciddi fərq var. Oxucuların sayı ortalama 100 min təşkil edir. Belə nəticəyə gəlirik ki, oxucuların sayı daha çoxdur. Dinləmə bizim üçün yeni anlayışdır. Bizdə internet üzərindən bir məhsula pul verməyə ciddi yanaşılmır”.

 

R.Şahbazov bu sahəyə aktyorların da xüsusi maraq qatdığını bildirib: “Aktyorun kitabı sadəcə üzündən oxuması təbii ki, maraqsız olar. Oxucu əsərin ruhuna uyğun olaraq, ona öz emosiyalarını qatır. Bizə bəzən bir əsəri bir nəfər yox, bir neçə nəfərin oxuması ilə bağlı təkliflər də daxil olur. Bu maddi cəhətdən xərcləri də artıracağı üçün hələ ki bu metoda gedə bilmirik. Günümüzdə yerli müəlliflərindən E.Elatlı, R.Abdullaoğlu, A.Yeniseyin kitabları daha çox dinlənilmək üçün endirilir.

 

Ümumilikdə götürsək, keçmiş postsovet ölkələri içərisində audiokitablardan istifadə geniş yayılmayıb. Bu sahədə ən böyük bazar Rusiyadadır. Təkcə onlara çatmağımız üçün bizim 100 il müddətə ehtiyacımız var. Amma Qafqaz və Orta Asiya regionları sırasında ən çox  Azərbaycanda istifadəçisi olduğunu qeyd edə bilərik. Heç olmasa bu bölgələr üzrə liderliyi əlimizdə saxlamağa səy göstəririk. Bu səbəbdən, daimi bu kitabların sayını artırmağa çalışırıq”.

 

Murad Əliyev, BDU, Jurnalistika fakültəsinin tələbəsi

TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Bakı  ( 29.03.2024 )
    Ad
    Bugün
    Sabah
    İmsak
    05:02
    04:00
    Sübh
    05:07
    05:05
    Gün çıxır
    06:29
    06:27
    Zöhr
    12:45
    12:45
    Əsr
    17:12
    17:13
    Gün batır
    19:02
    19:03
    Məğrib
    19:17
    19:18
    İşa
    20:19
    20:20
    Tam siyahıya bax
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    109 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    8.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az

    © 2022 - Bütün müəllif hüquqları qorunur.