03.02.23 | Bakı 6.03° C |
17:02:08
Lent :

Bakı Dövlət Universitetində elmi seminar keçirilib

22:39 28.11.2022
ELM VƏ TƏHSİL

Bakı Dövlət Universitetinin  Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasında “Kəsilməz Markov proseslərinə aid Kolmoqorov tənliklərinin Maple proqram paketində araşdırılması” mövzusunda elmi seminar keçirilib.

Qutb.az xəbər verir ki, seminarda Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi  kafedrasının dosenti Qurban Qasımov mövzu ilə bağlı çıxış  edib.

Məruzəçi bildirib ki, diffuziya tipli Markov proseslərinə aid şərti keçid ehtimal sıxlığı üçün Fokker-Plank-Kolmoqorov tənlikləri Maple proqram mühitində araşdırılıb. Bu tənliklərə daxil olan, təsadüfi prosesin ordinatının və onun dispersiyasının dəyişmə sürətlərini xarakterizə edən funksiyaların müxtəlif şəkillərinə (xətti, kvadratik və s.) uyğun hallar öyrənilib. Birbaşa Furye, Mellini inteqral çevirmələrinin tətbiqi, xarakteristik funksiyaya keçid və dəyişənlərin əvəzolunma üsullarını tətbiq etməklə, Fokker-Plank-Kolmoqorov tənliklərinın həllinin analitik ifadələri, 2d, 3d və animate-qrafikləri qurulub. Alınan nəticələrin ehtimal təhlilləri aparılıb. Prosesin normallığı məsələsi üçün həllin koreliasiyası araşdırılıb. Bəzi xüsusi funksiyalardan istifadə edərək, prosesin qamma və beta paylanmalarla əlaqəsi əsaslandırılıb. Fokker-Plank-Kolmoqorov tənliklərinin çoxtərəfli araşdırılması üçün Maple proqram  hazırlanıb.  Proqram paketlərində bu tip məsələlərin araşdırılması çoxsaylı problemləri də ortaya çıxarır və onların həll olunmasında ümumi alqoritm vermiş olur.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    31 səs
    Aktual videolar
    Bizi izlə
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    6.03° C
    Kalendar
    Taglər

    Qutb.az

    © 2022 - Bütün müəllif hüquqları qorunur.