21.05.24 | Bakı 16.03° C |
02:05:55
Lent :

Sabiq nazirin əmlakına həbs qoyuldu - Ermənistanda

11:39 26.06.2023
DÜNYA
ads

Ermənistanın keçmiş ətraf mühitin mühafizəsi naziri Aram Arutyunyanın əmlakına həbs qoyulub.


Qutb.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.


"Söhbət həm keçmiş məmurun, həm də onun əlaltılarının 30-dan çox daşınmaz əmlak obyektindən gedir", - məlumatda qeyd olunub.


Belə ki, Arutyunyan 14 milyon dollar rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bu işdə keçmiş deputat Aleksan Petrosyan, Suren Avakyan, Sevan psixiatriya xəstəxanasının keçmiş rəhbəri Qaqik Karapetyan, Arutyunyanın qohumları Araks Dilanyan və Viktor Martirosyanın da adı hallanır.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az