20.05.24 | Bakı 16.03° C |
02:05:31
Lent :

Gürcüstan da aksiya keçirənlərə qarşı sərt xəbərdarlıq edilib

20:58 08.05.2024
DÜNYA
ads

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə aksiya keçirmək istəyən insanlara sərt xəbərdarlıq edib. Bildirilir ki, polis qüvvələri mitinq iştirakçılarının zorakılıq hərəkətlərinin qarşısını qanun çərçivəsində alacaq. Bu zaman, Amerikanın və Avropanın qabaqcıl ölkələrində tətbiq edilən analoji sərt tədbirlər tətbiq olunacaq.


QÜTB.AZ xəbər verir ki, bu barədə Gürcüstan DİN-də keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin rəisi Teymuraz Kupatadze məlumat verib.

O, Avropanın qabaqcıl ölkələrində və ABŞ-da polisin toplantılar və nümayişlər zamanı izdihamı idarə etmək və lazım gəldikdə qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə etmək üçün tətbiq etdiyi tədbirlər haqqında ictimaiyyətə məlumat verib. Bildirib ki, Gürcüstan polisi toplantı və nümayişlər zamanı həmişə beynəlxalq standartlara uyğun hərəkət edir. “Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış, toplantı və nümayişlərin idarə edilməsini tənzimləyən təlimatlar ATƏT/DTİHB-nin təlimatlarına tam uyğundur. Müvafiq olaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları beynəlxalq səviyyədə tanınmış standartlara uyğun xüsusi tədbirlər həyata keçirir, ardıcıl olaraq və baş verən hadisələrə cavab olaraq, son etiraz aksiyaları zamanı da polis eyni şəkildə hərəkət edib. Mitinqin bütün iştirakçılarını və təşkilatçılarını xəbərdar edirik ki, polis mitinq iştirakçılarının zorakılıq hərəkətlərinin qarşısını qanuna uyğun almağa başlayacağı bir vaxtda, Amerika və Avropanın qabaqcıl ölkələrində qəbul edilən tədbirlər kimi sərt tədbirlər tətbiq olunacaq” - deyə, Teymuraz Kupatadze vurğulayıb.

Birifinqdə ABŞ və Avropanın bir sıra ölkələrində polisin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq və cəza tədbirləri nümayiş etdirilib.

TEGLƏR
Müəllif : Fidan Camal
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az