05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Çökən binadan insanlar belə xilas edildi

25 yan 2025 14:00
DÜNYA
ads
Advertisement

Xəbər verdiyimiz kimi, Türkiyənin Konya vilayətində dünən axşam saatlarında üçmərtəbəli bina uçub. Hadisə yerinə cəlb olunan xilasedicilər saatlarla davam edən əməliyyat nəticəsində üç nəfəri sağ-salamat dağıntılar altından çıxarıblar. Daha iki nəfərin axtarışları davam edir.

QÜTB.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, xilas edilən şəxslərdən ikisinin suriyalı olduğu müəyyən edilib. Onlardan biri, 24 yaşlı Muhammed Cedan və 55 yaşlı Halid El Cedan AFAD əməkdaşları tərəfindən dağıntılar altından çıxarılan zaman kameralara əks olunub.

Muhammed Cedanın xilasediciyə ilk sözləri "Xoş gəldin, qardaş" olub.

Axtarış-xilasetmə qrupu dağıntılar altında qalan şəxslərlə ünsiyyət quraraq onların motivasiyasını yüksək saxlamağa çalışıb.

Xilasetmə qrupları dağıntılar altında qalan şəxslərin tapılması üçün işlərini intensiv şəkildə davam etdirir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur