20.04.24 | Bakı 25.03° C |
15:04:43
Lent :

157 nəfər soyuqdan donaraq öldü

13:29 25.01.2023
DÜNYA
ads

Əfqanıstanda anomal soyuq hava şəraiti nəticəsində ən azı 157 nəfər donaraq ölüb.

Qutb.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı məlumat yayıb.

Bildirilib ki, temperaturun aşağı düşməsi nəticəsində ölənlərin sayı bir həftə ərzində iki dəfə artıb.

Qeyd edək ki, bundan əvvəl BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi Əfqanıstanda 565 min insana yardım paylamağa başladığını bildirmişdi.

Xatırladaq ki, Əfqanıstanda son vaxtlar ən soyuq qışlarından biri yaşanır. BMT-nin məlumatına görə, təxminən 30 milyon insanın (əhalinin təxminən üçdə ikisi) yardıma ehtiyacı var.


TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    25.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az