Helikopter qəzasında həlak olanların birinin cəsədinin FOTOsu yayıldı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ədliyyə naziri Herman Qaluşenko və energetika naziri Svetlana Qrinçukun vəzifələrindən getməsini tələb edib.
Qutb.az-ın məlumatına görə, o bildirib ki, hər iki nazir korrupsiya qalmaqalında adı hallanan, qaçaq biznesmen Timur Mindıçlə əlaqəli korrupsiya sxemlərində iştirakda ittiham olunur:
“Bu məsələ həm də etimad məsələsidir. Əgər ittihamlar varsa, onlara cavab verilməlidir. Ədliyyə və energetika nazirləri vəzifələrində qala bilməzlər. Mən Baş nazirdən onların istefa ərizələrini qəbul etməyi xahiş etmişəm və Ali Rada deputatlarını bu qərarı dəstəkləməyə çağırıram”.
Zelenski əlavə edib ki, məsələ hüquqi müstəvidə araşdırılacaq və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (SNBO) “Enerqoatom” işi üzrə haqqında istintaq aparılan iki şəxsə qarşı sanksiya qərarını təsdiqləyəcək:
“İndi Ukraynada hər kəs üçün vəziyyət ağırdır - işıqların kəsilməsi, rus zərbələri, itkilər… Belə bir şəraitdə energetika sahəsində sxemlərin olması qəbuledilməzdir”.
Ukrayna mediasının məlumatına görə, energetika naziri Svetlana Qrinçuk artıq istefa ərizəsini təqdim edib.