03.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Türklər haqqında təsəvvürümüz Rusiyanın uydurmasıdır - Paşinyan

02 noy 2025 15:00
DÜNYA
ads

Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib.

 

Qutb.az xəbər verir ki, Paşinyan bu fikirləri çıxışı zamanı səsləndirərək cəmiyyətdəki qarşılıqlı etimadsızlıq və düşmənçilik münasibətlərinin sovet dövründən qalma təsəvvürlərə əsaslandığını vurğulayıb.

 

“Biz deyirik ki, "türk heç vaxt dəyişmir", türklərin də ermənilər haqqında eyni fikri var. Biz "azərbaycanlıya necə etibar etmək olar?"’ deyirik, onlar da "erməniyə necə etibar etmək olar?" deyirlər. Biz "tarixdən dərs almamışıq" deyirik, onlar da "ermənilərlə sülh istəyirsənsə, deməli tarixdən dərs almamısan" deyirlər”, – Paşinyan qeyd edib.

 

Ermənistan lideri həmçinin bildirib ki, regionda sülh və sabitliyin bərpası üçün köhnə stereotiplərdən azad olmaq vacibdir:

 

“Bizə KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq”.

 

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur