02.11.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Qahirədə “dördüncü piramida” açıldı - Azərbaycan da iştirak etdi

02 noy 2025 01:00
DÜNYA
ads
Advertisement

Misirin paytaxtı Qahirənin qərbində yerləşən və “dördüncü piramida” adlandırılan Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçirilib.

Qutb.az xəbər verir ki, mərasim Misir Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə baş tutub.

Misir Prezident Administrasiyasının məlumatına görə, tədbirdə 79 ölkədən rəsmi nümayəndə heyətləri, o cümlədən 39 dövlət və hökumət başçısı, kral və şahzadələr iştirak edib. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Mərasimdə qədim firon dövrünə aid geyimlərin nümayişi, musiqi ifaları və səhnə çıxışları təqdim olunub. Misirin keçmiş mədəniyyət naziri Faruk Hüsnü çıxışında bildirib ki, bu muzeyin yaradılması “Misirin uzun illərdir qurduğu arzusunun həyata keçməsi” deməkdir.

Qahirənin qərbində, Qiza Piramidalarından cəmi 2 kilometr məsafədə tikilən Böyük Misir Muzeyinin ideyası 1990-cı illərdə irəli sürülüb. Layihənin əsası 2002-ci ildə mərhum prezident Hüsnü Mübarək tərəfindən qoyulub. 2014-cü ildə isə tikintiyə prezident Əbdülfəttah əs-Sisinin göstərişi ilə yenidən sürət verilib.

Təxminən 1 milyard ABŞ dollarına başa gələn layihə əsasən Yaponiyanın maliyyə dəstəyi ilə reallaşdırılıb. 490 min kvadratmetrlik ərazini əhatə edən bu nəhəng mədəniyyət ocağı dünyanın ən böyük arxeoloji komplekslərindən biri hesab olunur.

Üçbucaq formalı müasir memarlığı sayəsində “dördüncü piramida” adını alan muzeyin şüşə fasadından Qiza piramidalarının möhtəşəm mənzərəsi görünür. Burada ziyarətçilər Tutanxamonun 5 mindən artıq eksponatı da daxil olmaqla 57 mindən çox tarixi əşyanı görmək imkanı əldə edəcəklər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur