21.07.25 | Bakı 28.03° C |
10:06:25
Lent :

Rusiya Ukraynaya 300 raket atdı: Ölən və yaralılar var

19 iyl 2025 13:00
DÜNYA
ads
Advertisement

"İyulun 19-na keçən gecə Rusiya Ukrayna ərazisinə kütləvi hücumlara başlayıb. Düşmən 300-dən çox hücum pilotsuz uçan aparatı və 30-dan çox müxtəlif tipli raketlərdən istifadə edib".

Qutb.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində azı 10 bölgə zərər çəkib, ölən və yaralananlar var:

"Hücum bütün gecə davam edib. Hava hücumlarının qarşısının alınması hələ də davam edir, bəzi pilotsuz uçuş aparatları səmadadır. Donetsk, Kirovoqrad, Dnepr, Sumı, Xerson, Volın, Zaporojye, Nikolayev, Odessa, Jitomir vilayətləri zərər çəkib. Sumıda kritik infrastruktur zədələnib - minlərlə ailə işıqsız qalıb. Odessada yaşayış binasına raket düşüb - biri uşaq olmaqla azı altı nəfər xəsarət alıb. Bir nəfər ölüb. Pavloqradda mərmilər yaşayış evlərinə və mühüm infrastruktura ziyan vurub. Hücum baş verən yerlərdə xilasetmə xidmətləri işləyir, bərpa işləri aparılır".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
28.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur