14.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Parlamentdə qədim türk andı oxunsun!

14 noy 2025 03:00
DÜNYA
ads
Advertisement

Yakutiyanın regional parlamentinin (İl Tümən) deputatı Aleksandr İvanov yerli özünüidarəetmə haqqında qanunun qəbulundan əvvəl respublika rəhbəri Aysen Nikolayevi qədim türk hökmdarlarının andını (“andaqar”) içməyə çağırıb.

Qutb.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

İvanov bildirib ki, qanun layihəsinə yalnız bir şərtlə səs verəcək:

“Əgər bizdə demokratiya yoxdursa, onda tariximizə qayıtmalıyıq. Əcdadlarımız xaqanları və xanları seçir, onlara bütün hakimiyyəti verirdilər. Ancaq onlar hökmən andaqar - Yaradan, ata-babalar, xalq və müqəddəs od qarşısında edilən and içirdilər”.

Deputat andın məzmununu da parlamentdə səsləndirib:

“Əgər niyyətim pak və doğru olarsa, respublikama və xalqıma xeyir gətirmək istəyirəmsə, əcdadlarımın ruhu mənə yardım etsin. Əgər niyyətim pisdirsə, gücüm tükənsin, gözüm gün üzü görməsin, qulağım səs eşitməsin, ruhum əbədi əzab içində qalsın və nəslim kəsilsin”.

Lakin Yakutiya parlamentinin sədri Aleksey Yeremeyev deputatın təklifini rədd edib:

“Biz dünyəvi dövlətdik. Burada yüksək vəzifəli şəxslər üçün heç bir andaqar keçərli deyil”, – deyə parlament sədri bildirib.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur