30.07.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Qaradağda sənədsiz tikili söküldü

29 iyl 2025 18:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinin tələblərinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı şəkildə davam etdirilir.

Qutb.az xəbər verir ki, bu çərçivədə, 2025-ci ilin 29 iyun tarixində Qaradağ rayonunun qəsəbələrində aparılmış növbəti monitorinq zamanı sakinlər tərəfindən qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində tikinti işlərinin aparıldığı müəyyən edilib. Aşkar edilmiş qanunsuz tikililərlə bağlı dərhal müvafiq tədbirlər görülüb, həmin tikintilər dayandırılmış və söküntü işləri həyata keçirilib. 

Qaradağ Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində qanunsuz tikinti və torpaq zəbtinə qarşı mübarizə qətiyyətlə davam etdiriləcəkdir. Şəhərsalma qanunvericiliyinə zidd halların qarşısının alınması məqsədilə monitorinqlər və nəzarət tədbirləri gələcəkdə də ardıcıl olaraq həyata keçiriləcəkdir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur