30.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

649 nasaz avtomobil yolda qalıb

30 iyn 2025 16:00
GÜNDƏM
ads

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Qutb.az xəbər verir ki, yay aylarında hava şəraitinin isti keçməsi və vaxtında texniki qulluq olunmaması daha çox nasaz avtomobilin yolda qalmasına səbəb olur. Bir neçə illik təhlillər göstərir ki, hər il iyun, iyul, avqust aylarında digər aylara nisbətən daha çox nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən yollarda qalır. Belə ki, ötən ilin yay aylarında müşahidə kameralarının görünüş sahəsində 649 texniki nasaz avtomobil müxtəlif küçə və prospektlərdə məcburi dayanıb və nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Nəqliyyatın intensiv və sürətli olduğu yolların hərəkət hissəsində qalan belə avtomobillər qəza şəraiti yaratmaqla digər yol hərəkəti iştirakçılarının da təhlükəsizliyini risk altına alır. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə istifadələrində olan avtomobillərə mütəmadi texniki qulluq göstərməyi, yola çıxmazdan əvvəl isə,  xüsusilə də mühərrik hissəyə diqqət yetirməyi tövsiyə edir.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməli, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər. 

Bu qaydalara riayət etməklə yollarda daha təhlükəsiz və maneəsiz hərəkəti təmin etmək mümkündür.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur