30.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

30 iyn 2025 16:00
DÜNYA
ads
Advertisement

Bu gün Aİ rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların 6 ay - 31 yanvar 2026-cı ilə qədər uzadılmasına razılıq verib.

Qutb.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, bu sanksiyalar Ukraynada müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə yönəlib.

Aİ-nin məlumatına görə, sanksiyalar ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks əşyalar da daxil olmaqla geniş spektrli sektoral tədbirlərdən ibarətdir.

Sanksiyalar həmçinin Rusiyadan Aİ-yə neft və bəzi neft məhsullarının idxalı və ya daşınmasına qadağa qoyulmasını, Avropa İttifaqında bir neçə Rusiya KİV-nin yayım fəaliyyətinin və lisenziyalarının dayandırılmasını və s. əhatə edir.

"Bundan əlavə, konkret tədbirlər Aİ-yə sanksiyaların pozulmasına qarşı mübarizə aparmağa imkan verir", - məlumatda deyilir.

Avropa İttifaqı Şurasının qiymətləndirməsinə görə, "Aİ-nin tətbiq etdiyi bütün tədbirləri qüvvədə saxlamaq və lazım gəldikdə əlavə tədbirlər görmək məqsədəuyğundur".

Rusiyaya qarşı bu iqtisadi tədbirlər ilk dəfə 2014-cü ildə tətbiq edilib və 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur