Sabahdan bayram tətili başlayır
İyunun 13-də başlayan və bu gün səhər saatlarında dayanan İsrail və İran arasında toqquşmada hər iki tərəf ağır itkilər verib.
Qutb.az-ın məlumatına görə, İran Səhiyyə Nazirliyi ölkədə İsrailin endirdiyi zərbələr nəticəsində 600-dən çox insanın həlak olduğunu, ümumilikdə təxminən 5 min nəfərin isə yaralandığını açıqlayıb.
İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.
Müşavir qeyd edib ki, müharibə başlayandan bəri İsrail ərazisinə təxminən 550 raket atılıb, 1 000-dən çox PUA buraxılıb. İsrailin Vergi İdarəsinə dəymiş ziyanla bağlı 38 700 müraciət daxil olub. Bundan əlavə, 15 500-dən çox insan evsiz qalıb.
Münaqişə zamanı İsrailin hava məkanı da bağlanıb. 150 minə yaxın vətəndaş hazırda evlərinə qayıda bilmir.