14.09.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

ABŞ və Çin liderlərinin görüşü baş tutmaya bilər

14 sen 2025 10:00
DÜNYA
ads
Advertisement

ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin planlaşdırılan görüşü pozulmaq təhlükəsi ilə üz-üzədir.

 

Qutb.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.

 

"Müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio çinli həmkarları ilə danışıqlar aparıblar, bu isə prezidentlərin görüşü ilə bağlı şayiələrə səbəb olub. Lakin ABŞ-Çin ticarət danışıqlarında irəliləyişin olmaması Pekində sammitin keçirilməsi ehtimalını azaldıb", - məlumatda bildirilib.

 

Qeyd olunur ki, Tramp və Cinpin hələ də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüşə bilərlər, lakin bu görüş daha az əhəmiyyətli olacaq. Əsas problem ondan ibarətdir ki, Vaşinqtonun fikrincə, Çin ABŞ-yə fentanil istehsalında istifadə olunan kimyəvi maddələri göndərməyə davam edir. Pekin isə, öz növbəsində, ABŞ-nin tətbiq etdiyi tariflərdən narahatdır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur