11.09.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Rusiyanın 60 milyonluq gəmisi belə vuruldu - ANBAAN GÖRÜNTÜLƏR

11 sen 2025 11:00
DÜNYA
ads
Advertisement

Sentyabrın 10-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə bağlı xüsusi təyinatlı qüvvələr Qara dəniz akvatoriyasında Rusiya Qara dəniz donanmasına məxsus çoxfunksiyalı MPSV07 layihəli gəmilərdən birinə hücum ediblər.

Qutb.az xəbər verir ki, məlumatı İdarənin özü yayıb.

Məlumata görə, bu tip gəmilərdən biri 2015-ci ildə istismara verilib, dəyəri isə təxminən 60 milyon ABŞ dollarıdır. Ümumilikdə Rusiya donanmasının belə dörd gəmisi var.

MPSV07 layihəli çoxfunksiyalı gəmilər sualtı əməliyyatlar üçün nəzərdə tutulub. Onlar müasir avadanlıqlarla, o cümlədən sualtı dalğıc kompleksləri, uzaqdan idarə olunan aparatlarla və radioelektron kəşfiyyat vasitələri ilə təchiz edilib. Gəmilər həmçinin dəniz dibinin tədqiqi və monitorinqi üçün istifadə olunur.

Ukrayna tərəfi bildirir ki, əməliyyat nəticəsində gəmiyə ciddi ziyan dəyib. Rusiya tərəfi isə hücum barədə rəsmi açıqlama verməyib.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur